“Ukrayna Rusiya Federasiyası tərəfindən ələ keçirilən ərazilərin müqabilində NATO-ya üzv ola bilər”.
Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibinin aparat rəhbəri Stran Yanssen bildirib.
“Düşünürəm ki, həll yollarından biri Ukraynanın ərazilərindən imtina etməsi və bunun müqabilində NATO-ya üzv olması ola bilər”, - Yanssen deyib.
O bildirib ki, Ukraynanın müharibədən sonrakı alyans kontekstində gələcək statusu ilə bağlı müzakirələr artıq davam edir. Xüsusilə, Kiyevin ərazisinin bir hissəsindən imtina etməsi də müzakirə mövzusudur:
“Mən demirəm ki, belə olmalıdır. Amma bu, ağlabatan bir həll ola bilər”.