18 Avqust 2023 18:35
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook” və “İnstagram”ın əsas şirkəti “Meta”nın sahibi Mark Zukerberq İtaliyada keçiriləcək “qəfəs döyüşü”nün şərtlərini qəbul etməyib.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı sahibkar, “SpaceX” şirkətinin qurucusu, keçmiş tviter sosial şəbəkəsinin sahibi İlon Mask açıqlayıb.

"Qədim Romanın tarixini təbliğ edərkən biz həm də Amerika veteranları və İtaliyadakı uşaq xəstəxanaları üçün pul toplamaq istəyirdik. Zukerberq bu yanaşma ilə maraqlanmadığı üçün təklifdən imtina etdi”, - deyə İlon Mask bildirib.

Mask həmçinin, “Zuckerberg yalnız UFC tədbiri təşkil edərsə, döyüşmək istəyir. Mən istənilən döyüşə hazıram” sözlərinə əlavə edib.

Qeyd edək ki, “qəfəs döyüşü” avqustun 26-na təyin olunub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər