19 Avqust 2023 17:19
3 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya təcavüzü İkinci Dünya Müharibəsindən sonra analoji aqressiv xarakterli ilk müharibədir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Amerika lideri Kremlin Ukraynanın işğalına haqq qazandırdığı bəyanatlarını “gülünc” adlandırıb. Bayden Qərbin Ukraynanı dəstəkləmək qərarına da toxunub.

“Təsəvvür edin ki, biz heç nə etməmişik, o zaman bunun hər yerdə baş verə biləcəyi bir durumla üzləşirik. Biz dayansaq, bu, Tayvanla bağlı Çinə hansı siqnalı göndərərdi? Bu dünyaya hansı siqnal göndərərdi?”, - ABŞ prezidenti bildirib

Bayden qeyd edib ki, Ukraynadakı müharibənin nəticələri Avropanın hüdudlarından çox-çox uzaqlara yayılıb, amma Kreml bu savaşda ilkin məqsədinə nail ola bilmir.

“Rusiya artıq məğlub olub”, - Amerika lideri əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər