Keçən il Pakistanda baş verən daşqınlardan sonra təxminən 4 milyon uşağın hələ də təmiz suya çıxışı yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) açıqlayıb.
Məlumata görə, daşqınların yaşandığı bölgədə yarısı uşaq olmaqla təxminən 8 milyon insan hələ də təmiz suya sahib deyil.
Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur. Ötən il ölkədə musson yağışlarının törətdiyi daşqınlar nəticəsində 1739 nəfər həyatını itirib. Fəlakətin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanmışdı.