Niger Xarici İşlər Nazirliyi Fransa səfirinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Niger XİN bəyanat yayıb.
Fransa diplomatının ölkədən çıxarılmasının səbəbi isə onun Niger XİN rəhbəri ilə görüşə dəvətdən imtina etməsi ilə bağlıdır.
Xatırladaq ki, Nigerdə iyul ayında çeviriliş olub, hərbi xunta hakimiyyətə gəlib.