27 Avqust 2023 18:23
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələrinin Ukraynanın Xerson şəhərinin mərkəzini atəşə tutması nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının başçısı Oleksandr Prokudin teleqramda bildirib.

“Təəssüf ki, insanlar zərər çəkib. Rusiyanın atəşi nəticəsində 35 yaşlı qadın ölüb, daha bir xəsarət almış yerli sakin isə xəstəxanaya çatdırılıb”, - o qeyd edib.

Xatırladaq ki, Xerson şəhəri ötən ilin martın 3-dən noyabrın 11-dək Rusiya ordusunun işğalı altında olub. Bu şəhər fevralın 24-də başlayan müharibədə Rusiyanın ələ keçirdiyi ən böyük yaşayış məntəqəsi idi.a


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər