29 Avqust 2023 23:29
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 31-də Moskvada danışıqlar aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə məlumat verib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a bildirib ki, iki ölkə nazirləri arasında danışıqlar tezliklə Moskvada baş tutacaq.

Avqustun 25-də Fidanın Türkiyənin xarici işlər naziri kimi ilk səfərini Kiyevə etdiyi bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər