İŞİD-in kiber terrorçuları Amerika Mərkəzi Qüvvələr Komandanlığının rəsmi Twitter və Youtube hesablarını ələ keçirib.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, onlar hack etdikləri hesabdan ABŞ-ın Şimali Koreya və Çin kimi ölkələrlə girəcəyi halda hərbi qarşıdurmalar üçün hazırlanan ssenariləri paylaşıblar.
"ABŞ əsgərləri özünüzü qoruyun! Şəxsi telefonlarınızı və ailələrinizə tanıyırıq" mesajını paylaşan terrorçular Pentaqonu da hack etdiklərini bildiriblər. Hack edilən hesablar qısa müddət ərzində bağlanılıb.
Nihad