13 Yanvar 2015 06:48
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Almaniyanın böyük şəhərlərində islamafobiyaya qarşı izidihamlı kütləvi etiraz nümayişləri keçirilib. Teleqraf.com-un məlumatına görə, keçirilən nümayişlərə ümumilikdə 100 mindən artıq insan iştirak edib.

Nümayiş iştirakçıları Almaniya Federativ Respublikasında anti-İslam hərəkatının təhdidlərinə və son çağırışlarına etiraz ediblər.

Etiraz aksiyalarına çoxsaylı immiqrantlarla yanaşı, minlərlə sadə alman da qatılıb. Nümayiş iştirakçıları irqçi Pegida təşkilatının radikal tələblərinə və kəskin addımlarına qarşı ciddi narazılıqlarını ifadə ediblər.

Xatırladaq ki, bu gün Almaniyanın paytaxtı Berlində kansler Anqela Merkelin və digər dövlət rəsmilərinin iştirakı ilə irqçiliyə, islamafobiyaya qarşı azı 100 min nəfərin iştirakı ilə etiraz mitinqi keçiriləcək.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər