13 Yanvar 2015 09:22
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela hakimiyyəti qətərli həmkarlarını 2015-2016-cı illərdə bir neçə milyardlıq kredit verilməsinə razı sala biliblər.

Bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib.

“Biz Qətərin ən vacib bankları ilə alyansı gücləndiririk. Bu bizi aşağı düşən neft gəlirlərini kompensasiya etmək üçün lazım olan "oksigenlə" təmin edəcək”.

Onun sözlərinə görə Qətərin köməkliyi ilə 2015 və 2016-cı illərdə Venesuela büdcəsi bir neçə milyard dollar çoxalacaq.

Xatırladaq ki, Qətər Maduronun kömək istədiyi neft istehsal edən ölkələrdən biridir. Bundan əvvəl Venesuela lideri Çin, Səudiyyə Ərəbistanı və İrana işguzər səfərlər edib./anspress/


Müəllif:

Oxşar xəbərlər