Ermənistanın Gümrü şəhərinin Şirak rayonunda bir ailənin 6 üzvünü öldürməkdə şübhəli bilinən 102 saylı Rusiya hərbi bazasının hərbçisi Valeri Permyakov ifadə verib.
Teleqraf.com news.am-a istinadən xəbər verir ki, yanvarın 13-nə keçən gecə Ermənistan-Türkiyə sərhədi yaxınlığında saxlanılan Permyakov hadisəni belə xatırlayıb: “Postu tərk edib gəzmək istədim. Su içmək üçün onların yaşadığı evin qapısını döydüm. Heç kəs qapını açmadı. Evə girməyə çalışdım, sonra kimsə oyandı və hadisə baş verdi”.
Şirak rayon prokuroru Raffi Aslanyan isə verdiyi açıqlamada hərbçinin artıq 102-ci bazaya təhvil verildiyini və faktla bağlı istintaqın davam etdiyini bildirib.
Samir