Ukrayna hərbi vəziyyət dövründə ölkənin Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmalı olan kişilərin kateqoriyalarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, asemptomatik HİV, kliniki müalicə olunan vərəm və psixi pozğunluqların qısamüddətli təzahürləri kimi diaqnozları olan kişilər çağırış vərəqəsi ala bilərlər.