Əks-hücum əməliyyatını davam etdirən Ukrayna qoşunları Baxmutda və Zaporoje vilayətinin qərbində irəliləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna ordusunun “Tavriya” briqadasının sözçüsü Aleksandr Ştupun bildirib ki, Ukrayna qüvvələri Verbovoy istiqamətində (Zaporoje) müəyyən uğurlar əldə edib. Rusiya mənbələri də cənubdakı dəyişikliyi təsdiqləyib.
Rus mənbələri iddia edirlər ki, Ukrayna qüvvələri işğal olunmuş Xerson vilayətində Dnepr çayının sol (şərq) sahilində əməliyyatları davam etdirir. Ukraynalılar Podstepnıdan şimal-qərbdə - Dnepr çayının sol sahilində və Antonivski körpüsü ərazisində yeni ələ keçirilmiş mövqeləri saxlayırlar.
Eyni zamanda ISW bildirir ki, Ukrayna ordusu Baxmut istiqamətində müsbət nəticələr əldə etməyə başlayıb. Son geolokasiya görüntüləri göstərir ki, Ukrayna qüvvələri Klişivkanın cənubuna (Baxmut) nəzarət edir.