5 Sentyabr 2023 21:27
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda küfrdə ittiham olunan beş müsəlman edam cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat verib.

Ravalpindi (Pəncab əyaləti) rayon məhkəməsi 5 nəfəri edam cəzasına məhkum edib. Daha bir neçə nəfər Qurana və Məhəmməd peyğəmbərə hörmətsizlik etdikləri üçün uzun müddətə azadlıqdan məhrum ediliblər.

Sosial şəbəkələrdə və mobil telefonlarda aşkarlanan video və qeydlər sübut kimi qəbul edilib.

Qərarlar avqust ayında Pəncabın Feysabad şəhərində müsəlmanların xristian kilsələrinə hücumları ilə bağlı davam edən təhqiqat fonunda verilib.

Hücumlar zamanı 20-dən çox kilsə yandırılıb və talan edilib. Polis bəyan edib ki, iğtişaşlar Pakistanda sabitliyi pozmaq üçün “xarici sui-qəsdin nəticəsidir” və onları Hindistanın xüsusi xidmət orqanları təhrik edib.

Pakistanlı hüquq müdafiəçiləri bildiriblər ki, dini azlıqların nümayəndələri, xüsusən də xristianlar tez-tez küfrdə ittiham olunurlar. Son 20 ildə 774 müsəlman və 760 dini azlıq nümayəndəsi küfrdə ittiham olunub. Pakistan qanunlarında bu cinayətə görə ölüm cəzası nəzərdə tutulsa da, indiyədək belə bir hökm icra olunmayıb. Eyni zamanda ölkədə 89 nəfər Qurana hörmətsizlik etdiklərinə görə məhkəməsiz repressiyaya məruz qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər