Nigeriyanın mərkəzində Niger çayında bərənin aşması nəticəsində azı 26 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin "The Nation" qəzeti xəbər verib.
Məlumata əsasən, ölənlərlə yanaşı, daha 44 nəfər itkin düşüb, onların axtarışı davam etdirilir. 30 nəfər sudan çıxarılıb.
Hakimiyyət orqanlarından verilən məlumata görə, bərənin göyərtəsində 100-ə yaxın sərnişin və ekipaj üzvü olub.