Rusiyanın qabaqcıl silahlarının İrana verilməsindən İsrail dövləti son dərəcədə narahatdır.
Teleqraf.com xəbər verir ki, bunu “Mossad”ın direktoru Devid Barney deyib.
Onun sözlərinə görə, ötən il ərzində kəşfiyyat İranın xaricdə israillilərə qarşı 27 hücumunun qarşısını alıb ki, bu da əhəmiyyətli dərəcədə yüksək rəqəmlərdir:
"Amma bununla yanaşı, yeni təhlükə yaranır. İran Rusiyanı yaxın və uzaq mənzilli raketlərlə təmin etmək niyyətindədir. Bunun müqabilində Rusiya silahlarını ala bilər".
Mossad rəhbəri iddia edib ki, İranın əvvəllər Rusiyaya raket vermək cəhdlərinin qarşısı alınıb.