Rusiya müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Məhəmməd Rza Aştiyani ilə görüşü zamanı Cənubi Qafqazda 3+3 formatında əməkdaşlıqdan danışıb.
Teleqraf.com xəbər verir ki, Şoyqu bu məsələdə həmkarı ilə həmrəy olduğunu bildirib.
Onun sözlərinə görə, 3+3 formatı Qafqaz regionunda mövcud problemlərin sülh yolu ilə həlli üçün ən yaxşı yoldur. Rusiyanın müdafiə naziri Qafqazda baş verən son hadisələrlə bağlı İranın mövqeyini müdafiə edərək, üçüncü ölkələrin regionda mövcudluğunu tənqid edib.
Aştiyani öz növbəsində deyib ki, Qafqaz ölkələrinin ərazi bütövlüyünü qorumaq İran üçün “qırmızı xətlər”dən biridir.