22 Sentyabr 2023 16:08
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə iclasda Rusiyanın ən yaxın qonşuları və tərəfdaşları ilə münasibətlərini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, komandanın iclasında regionda təhlükəsizlik məsələlərinə də toxunulub.

“Bu gün sizinlə ən yaxın qonşularımız və tərəfdaşlarımızla münasibətlərin inkişafı ilə bağlı vəziyyət haqqında danışaq. İşimiz çoxdur, çoxlu müxtəlif komponentlər var: iqtisadiyyat, humanitar əməkdaşlıq məsələləri, regionda təhlükəsizlik. Gəlin təhlükəsizlik məsələlərindən başlayaq”, - Rusiya dövlətinin başçısı iclası açaraq deyib.

İclasda Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov, baş nazir Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər