Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dərslərdə, küçədə və ya məktəb avtobusunu gözləyərkən adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, ÜST xəbərdarlığında gənclərin hələlik tütün və nikotin məmulatları üzrə marketinq auditoriyasının əsas hədəflərindən biri olduğunu bildirib.
ÜST-ün xəbərdarlığında qeyd olunub: “Məktəblərin unikal vəziyyətdə olması onlara siqaret çəkməyin və uşaqlar tərəfindən tütünün digər növləri və nikotindən istifadə edilməsinin azaldılmasında mühüm rol oynamağa imkan verir”.