1 Oktyabr 2023 21:43
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Respublikaçılar Partiyasının nümayəndəsi Mett Qaetz Kevin Makkartinin tutduğu vəzifədən uzaqlaşdırılması üçün petisiya vermək niyyətindədir.

Bunu Teleqraf.com "CNN"-ə istinadən xəbər verir.

"Mən bu həftə spiker Makkartini vəzifədən azad etmək üçün vəsatət vermək niyyətindəyəm... Düşünürəm ki, biz etibar edə biləcəyimiz yeni rəhbərliklə irəliləməliyik" dedi.

Telekanalın məlumatına görə, Goetz hesab edir ki, Makkarti hökumətin maliyyələşdirilməsinin uzadılması ilə bağlı vəziyyətdə yalan danışıb.

Qeyd edək ki, oktyabrın 1-də ABŞ prezidenti Co Bayden federal hökumətin maliyyələşdirilməsinin 45 gün müddətinə uzadılmasını nəzərdə tutan qanunu imzalayıb, bu qanuna Ukraynaya yardım daxil deyil.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər