İsrailin hakim “Likud” partiyasından olan deputat Talli Qotliv Fələstin ərazilərini “Yerixo” (“Jericho”) raketi ilə vurmasını təklif edib.
Teleqraf.com xəbər verir ki, siyasətçi sözügedən raketi “qiyamət silahı” adlandırıb.
“Bu mənim fikrimdir. Tanrı hamımızın gücünü qorusun”, - Qotliv deyib.
“Yerixo” İsrail tərəfindən 1960-cı illərdən bu günə qədər inkişaf etdirilən və istifadə olunan ballistik raketlərə verilən ümumi addır.
“Yerixo” günümüzdəki Erixo şəhərinin ibranicə qarşılığıdır, mənası “ətirli” deməkdir. “Erixa” isə “gözəl qoxulu” anlamına gəlir.