Almaniya Hərbi Hava Qüvvələrinin 2 ədəd “Heron” tipli pilotsuz uçan aparatı (PUA) İsrailə verəcəyi iddia edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” qəzeti məlumat yayıb.
Məlumatda İsrailin alman PUA-larını Qəzzaya davam edən hücumlarda istifadə edib-etməyəcəyini soruşduğu, Almaniya hökumətinin buna “yaşıl işıq” yandırdığı bildirilib.
PUA-ların yüksək dəqiqləşdirmə qabiliyyətinə malik kameralarla hədəfləri 24 saata qədər müşahidə və izləyə bildiyi, təhlükə aşkarladıqda isə dəqiq raketlərlə hədəfi məhv edə bildiyi vurğulanıb.