13 Oktyabr 2023 16:03
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İraqdakı təmaslarından sonra Livana gəlib.

Teleqraf.com xəbər verir ki, Abdullahiyan Beyrutda “Hizbullah” Hərəkatının lideri Həsən Nəsrullahla görüşüb.

Görüşdə İsrail və Fələstin arasındakı son durum, eləcə də Qəzzada baş verənlər müzakirə olunub.

İranlı nazir Livandakı təmaslarından sonra Suriyaya gedəcək.

HƏMAS İsrailə hücum edəndən bəri "Hizbullah"ın prosesə müdaxilə edib-etməyəcəyi müzakirə mövzusudur. "Hizbullah" son mesajlarında bunun gedişata uyğun olacağını bildirib. Məsələn, ABŞ-ın müdaxiləsinə cavab olaraq belə bir addım ata biləcəklərini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər