16 Yanvar 2015 11:27
475

Somalidə 6 uşaq aclıqdan həyatını itirib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbindəki Vacid bölgəsində baş verib. Rəsmilər 2014-ci ilin ortalarından bu bölgədə quraqlığın hökm sürdüyü bildiriblər.

Bu arada Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, Somalidə 2010-2012 illəri arasında yarısı uşaq olmaqla 260 min adam aclıqdan ölüb.

Samir


Müəllif: