16 Oktyabr 2023 20:45
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın xarici işlər naziri Ketrin Kolonna Misirdən sonra Livana yollanıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində hesabında bildirib.

K.Kolonna qeyd edib ki, Fələstin-İsrail münaqişəsi fonunda bölgədə gərginliyin qarşısının alınmasını müzakirə etməyi planlaşdırır: "Yaxın Şərqə səfərimin üçüncü günündə Beyruta gəlirəm. Problemlər içində olan Livanda mən bütün maraqlı tərəfləri məsuliyyətə cəlb etmək niyyətindəyəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər