Qəzzada BMT-nin Yaxın Şərq Agentliyinin (UNRWA) fələstinli qaçqınlar üçün inşa etdirdiyi məktəb vurulub.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu gün günorta saatlarında Qəzzanın orta bölgəsindəki əl-Mağazi qaçqın düşərgəsində UNRWA məktəbinin İsrail ordusu tərəfindən vurulması nəticəsində azı 6 nəfər həlak olub.
Qeyd olunub ki, bu məktəbə ən azı 4000 insan sığınıb.