24 Oktyabr 2023 08:28
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin Dövlətinin inzibati mərkəzi Ramallahda (İordan çayının Qərb sahili) Prezident Mahmud Abbasla fransalı həmkarı Emmanuel Makron arasında görüş olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Bildirilib ki, görüş oktyabrın 24-də keçiriləcək. Eyni gün Fransa lideri İsrailə də səfər edəcək. Avropalı siyasətçi İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər