26 Oktyabr 2023 23:12
5 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları 2021-ci ildən Marsın tədqiqi üçün planetin alt qatlarını araşdırmaq üçün “InSight” adlı zonddan istifadə edirlər.

Teleqraf.com xəbər verir ki, kosmik aparat Marsın yeraltı dünyasının təbiəti haqda məlumat əldə etmək üçün planetdə baş verən zəlzələləri dinləyib.

Məlumata görə, Marsın qabığı və mantiyası qeyri-adi deyil, amma nüvə belə kiçik planet üçün çox böyük olsa da, sıx deyil. Bəzi tədqiqatçılar üçün bu ölçülər inandırıcı görünmür.

İsveçrəli elm adamı Əmir Xan “InSight”ın məlumatlarını ətraflı tədqiq edib, araşdırmaçıların nəyisə nəzərdən qaçırdıqlarını və Marsın nüvəsinin kiçik olduğunu söyləyib.

İki elmi komanda ayrı-ayrılıqda “InSight”ın seysmik məlumatlarını yenidən araşdıraraq, Marsın nüvəsinin əvvəllər düşünüldüyü qədər böyük olmadığı qənaətinə gəliblər. İlkin hesablama 90-125 mil dərinlikdə yerləşən ərimiş maddədən (maqma) ibarət kəşf edilməmiş bir dənizə görə əsas nüvənin əslində olduğundan daha böyük görünməsinə səbəb olduğunu üzə çıxarıb. Amma Marsın sərt mantiyasının altında gizlənən və ərimiş radioaktiv elementlərlə dəstəklənən dərin maqma dənizi ekzotikdir.

Xan deyir ki, belə bir şey Yer kürəsində yoxdur. Onun sözlərinə görə, kəşf indi qırmızı planetin xaotik təkamülü haqda yenidən düşünməyi tələb edə bilər.

Əvvəllər tədqiqatçılar Marsın nüvəsinin təqribən 1140 mil radiusa malik olduğunu aşkar etmişdilər ki, bu da onun çox da sıx olmadığını göstərir. Bununla belə, elm adamları indi müəyyən ediblər ki, maye nüvənin radiusu təxminən 1000 mildir, sıx, daha az yüngül elementləri olan dəmirlə zəngindir.

Buraxıldıqdan 4 il sonra “InSight” kosmik gəmisi öz missiyasını başa vurub və 2022-ci ildə məhv edilib. Amma elm adamları hesab edirlər ki, bu maqma dənizinin kəşfi missiyanın son sürprizi olmayacaq və bu, yalnız başlanğıcdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər