27 Oktyabr 2023 17:16
7 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq Ukraynaya macar vergi ödəyicilərinin pulları ilə kömək etməyin mənası yoxdur, çünki Avropa Birliyinin Kiyevə yardım strategiyası iflasa uğrayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Nə qədər ki, bu, real məqsəddir, bunun üçün pul təmin etmək olar, amma indi Ukraynanın qalib gəlməyəcəyi göz qabağındadır. Siyasətçilərdə səhv elədiklərini etiraf etməyə cəsarət çatmır”, - baş nazir vurğulayıb.

Orban həmçinin bildirib ki, açıq silahlı münaqişələrin Brüssel tərəfindən maliyyələşdirilməsi çox böyük insan itkilərinə səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər