Çində səfərdə olan Rusiya müdafiə naziri Sergey Şoyqu Ukrayna ilə müharibədən danışıb.
Teleqraf.com xəbər verir ki, nazir Ukrayna ordusunun cəbhədə ciddi itki verdiyini iddia edib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 90 mindən çox hərbçisi bu yay başlayan əks-hücum əməliyyatları zamanı döyüş meydanında ciddi uğur qazanmadan həlak olub və yaralanıb.
Şoyqu qeyd edib ki, Rusiya Ukrayna böhranının münaqişədən sonrakı həllini müzakirə etməyə hazırdır.