Sosial şəbəkələrdə separatçıların Donetskin yaşayış məhəllələrindən şəhərin aeroportunu intensiv "Qrad" atəşinə tutmasını təsdiqləyən video yayılıb.
Bu görüntülər Ukraynanın şərqində davam edən müharibənin son günlər bir qədər də şiddətləndiyini əyani şəkildə əks etdirir.
Teleqraf.com-un məlumatına görə, 16 saniyəlik videoda separatçıların atəş nöqtələri qəsdən yaşayış məhəllələrində yerləşdirdiy aydın görünür.
Çox ehtimal ki, bundan məqsəd kütləvi tələfat təhdidi ilə Ukrayna ordusunun cavab zərbələrindən yayınmaqdır.
Bir neçə saat ərzində 100 minlərlə insanın izlədiyi həmin videonu diqqətinizə təqdim edirik.
Nail Cəlil