8 Noyabr 2023 21:52
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki xalq üçün iki dövlət prinsipinə sadiqlik Yaxın Şərqdəki münaqişənin həlli üçün yeganə mümkün yoludur.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava deyib.

“Biz hesab edirik ki, iki xalq üçün iki dövlət prinsipinə sadiqlik münaqişənin həllinin yeganə mümkün yoludur. Tokioda keçirilən görüş nəticəsində G7 nümayəndələri ilk dəfə olaraq Yaxın Şərqdə gərginliyin artması ilə bağlı vahid sənəd üzərində razılığa gəliblər. G7 HƏMAS-ın İsrailə qarşı terror hücumlarını pisləyir. Bütün girovların azad edilməsini tələb edir. Hərbi əməliyyatlarda humanitar fasilənin tərəfdarıdır”, - Kamikava vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər