Girovların azad edilməsi üçün nəzərdə tutulan humanitar fasilələr yalnız cəbhənin müəyyən hissələrinə təsir edəcək.
Teleqraf.com xəbər verir ki. bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Pauzaların qısamüddətli və yerli xarakter daşıyacağını xatırlamaq lazımdır. Fasilə cəbhənin bütün sahələrində hərbi əməliyyatların dayandırılması demək deyil. Pauzalar konkret olaraq lokallaşdırılır. Hazırda müxtəlif məqsədlər üçün, o cümlədən girovların azad edilməsi və humanitar yardımın təşkili üçün çoxsaylı humanitar fasilələrin tətbiqi məsələsi müzakirə olunur”, - Kirbi bildirib.