HƏMAS hərəkatının KXDR istehsalı olan silahlardan və ya onun silahlı qüvvələrinin taktikasından istifadə edib-etməməsini diqqətlə izləyirik.
Teleqraf.com xəbər verir ki, bunu Cənubi Koreyanın xarici işlər naziri Park Çin deyib.
“Biz Şimali Koreya ilə HƏMAS-ın istifadə etdiyi silahlar, eləcə də strategiya və taktika, doktrina arasında əlaqənin olub-olmadığını diqqətlə izləyirik. Belə əlaqələr varsa, Pxenyan beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir”, - Park Çin bildirib.