İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 15 mindən çox hədəfinə zərbələr endirib və orada 6 minə yaxın silah ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"Hərbi əməliyyatların başladığı vaxtdan Qəzza zolağında terror təşkilatlarının 15 mindən çox obyektinə hücum edilib, İsrail Müdafiə Qüvvələri 6 minə yaxın silah, o cümlədən tank əleyhinə raketlər, zenit-raket kompleksləri, raketlər və hava hücumundan müdafiə sistemləri və s. aşkar edib", - deyə qeyd olunub.