Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanın Minskdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitində iştirakdan imtinasına əhəmiyyət verməyərək ona tələsik qərarlar qəbul etməməyi təklif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Lukaşenko Ermənistan Baş nazirinə tələsməməyi, tələsik qərarlar qəbul etməməyi, parçalanmaya yönəldilə biləcək növbəti addımları ciddi şəkildə düşünməyi təklif etdi.