Avropa Komissiyasının sədri Ursula fon der Leyen noyabrın 18-də Misir və İordaniyaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamer deyib.
"O, Aİ humanitar yardımının gəlişini qarşılamaq üçün Sinay bölgəsinə getməzdən əvvəl Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək", - deyə E.Mamer "X" sosial şəbəkəsində yazıb.
Avropa Komissiuası rəhbərinin Əmmanda İordaniya Kralı II Abdullanın qəbulunda iştirakı planlaşdırılır.