17 Noyabr 2023 23:37
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda 13 min fələstinli uşaq, qadın və qoca öldürülüb. Artıq Qəzza deyilən yer yoxdur, hər şey dağıdılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı zamanı deyib.

"Əgər Almaniya və Türkiyə ilə birlikdə humanitar atəşkəs nail ola bilsə, bölgəni bu "od halqası"ndan xilas etmək imkanımız olacaq", - deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə prezidenti İsrail-Fələstin münaqişəsi ilə bağlı bildirib ki, baş verənlər bizə bir daha göstərdi ki, 1967-ci il sərhədlərinə əsaslanan iki dövlət prinsipi əsasında məsələnin həll olunması qaçılmazdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər