Türkiyə İsraillə diplomatik münasibətləri kəsməyi düşünür.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Biz İsraillə münasibətləri kəsmək məsələsini nəzərdən keçirdik, lakin hesab edirik ki, bu, digər müsəlman ölkələrinin də iştirakı ilə kollektiv qərar olmalıdır. Biz Vaşinqtonun İsraili tam dəstəkləməsi və daimi atəşkəsi qəbul etməməsi ilə razılaşmırıq", - nazir söyləyib.