2 Dekabr 2023 00:39
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hizbullah” partiyasının silahlı qanadı Qəzza zolağında humanitar atəşkəs başa çatdıqdan sonra Livan-İsrail sərhədində hərbi əməliyyatları bərpa edib.

Teleqraf.com xəbər verir ki, bu barədə birləşmələrin “Telegram” kanalında yerləşdirilmiş bəyanatında bildirilir.

Qeyd olunur ki, müqavimət döyüşçüləri Cəl əl-Aləm bölgəsində İsrail hərbi postunu atəşə tutublar. Hücumun nəticələri barədə məlumat verilmir.

Raketlər Livanın cənubundan hava hücumu sirenlərinin səsləndiyi Menara, Şlomi, Marqaliot və Kiryat-Şmona yəhudi yaşayış məntəqələri yaxınlığındakı İsrail mövqelərinə doğru atılıb.

Həmçinin, Əl-Mərc sərhəd bölgəsində və Ramim kazarmasında İsrail patruluna da zərbələr endirilib. Yaraqlılar düşmən sıralarında ölən və yaralananların olduğunu iddia edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər