Rusiyada mart ayında keçiriləcək aşkar qeyri-demokratik seçkilər nəticəsində Vladimir Putin dövlət başçısı kimi legitimliyini itirəcək. Bu, müharibədə dönüş nöqtəsi ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Məlumdur ki, Rusiyada seçkilər qeyri-demokratik keçirilir. Necə keçdiklərinin əhəmiyyəti yoxdur, nəticənin necə olacağını hamı bilir. Bu dəfə də dünyanın tanımadığı qeyri-legitim seçkilər ola bilər. Burada oyun artıq sivil dünyanın Qərb liderlərinin tərəfində olacaq – bunu tanıyıb-tanmamaq. Yeri gəlmişkən, Prezident Putinin qeyri-legitimliyi dönüş nöqtəsi ola bilər”, - Zelenski bildirib.
Eyni zamanda, Ukrayna lideri qeyd edib ki, hazırda Rusiya daxilində Putinə qarşı real siyasi müxalifət yoxdur.