Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı müharibə ilə bağlı hazırkı strategiyası bu iki prinsipə əsaslanır: nə bahasına olur-olsun hücum və ya bir addım da geri çəkilmə. Bu prinsiplər sovet marşalı Georgi Jukovun hərbi əməliyyatların aparılmasına maniakal yanaşmasının tamamilə eynisidir.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
Ekspert qeyd edib ki, ukraynalıların məqsədi “rusiyalı manyaklar”ı öz qırğın oyununda məğlub etməkdir.
“Sovet qəssabı insan həyatına önəm vermirdi, bu iki prinsip sayəsində öz məqsədlərinə çatdı. Görünür, Valeri Gerasimov Jukovun uğurlarından ilham alıb və bunu sınamaq istəyir”, - Kovalenko bildirib.