5 Dekabr 2023 00:27
1 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İctimaiyyətlə Əlaqələr Assosiasiyası (RASO) illik “Hamburq Hesabı” siyasi mükafatının nəticələrinə yekun vurub.

Teleqraf.com xəbər verir ki, 2023-cü ilin qalibləri arasında Macarıstanın baş naziri Viktor Orban, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Slovakiyanın Baş naziri Robert Fiso da var.

“İlin xarici siyasətçisi Viktor Orban, ən yaxşı xarici prezident seçkiləri kampaniyasının qalibi Rəcəb Tayyib Ərdoğan, ən yaxşı xarici parlament seçkiləri kampaniyasının qalibi isə Robert Fisonun Smer partiyasıdır”, - deyə qurumun məlumatında deyilir.

Qeyd edək ki, “Hamburq hesabı” siyasi mükafatı 2016-cı ildə Rusiya İctimai Əlaqələr Assosiasiyası tərəfindən təsis edilib.

Mükafat Rusiyada və xaricdə siyasi kampaniyalar zamanı rəqabət şəraitində və demokratik prosedurlara uyğun olaraq effektivlik, texnologiya və yaradıcılıq nümayiş etdirmiş siyasətçilərə, partiyalara, siyasi qruplara və namizədlərə verilir.

Səsvermə yüzdən çox peşəkar siyasi məsləhətçi, siyasi strateq və siyasi hüquqşünasın daxil olduğu RASO Siyasi Texnologiyalar Komitəsinin iştirakçıları arasında həyata keçirilir. Xarici kampaniyalar qiymətləndirilərkən beynəlxalq ekspertlərin də rəyi nəzərə alınır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər