Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum etmək üçün piyadalar əvəzinə pilotsuz təyyarələrdən istifadə edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyatı İdarəsinin (MKİ) keçmiş zabiti Larri Conson deyib.
“Rusiya dron imkanlarını o qədər genişləndirib ki, indi Ukrayna qırıcılarına fərdi şəkildə hücum edə bilər. Əvvəllər hücum üçün quru qoşunlarından istifadə etməli idilər. İndi isə buna ehtiyac yoxdur. Ukrayna çox təhlükəli vəziyyətdədir. ABŞ Rusiya ordusunun bu cür manevrlərini dəf etmək üçün Ukraynanı belə vasitələrlə təmin edə bilməyəcək. Ukrayna ordusu faktiki olaraq tükənib”, - deyə Conson bildirib.