11 Dekabr 2023 11:32
1 885
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun İnstaqram hesabındakı paylaşımı Türkiyədə etiraza səbəb olub.

Teleqraf.com xəbər verir ki, Yair sözügedən sosial şəbəkədə “Azad Kürdüstan” paylaşımını edib.

Paylaşımda qondarma dövlətin bayrağı da əks olunub.

Türkiyə mediası baş nazirin oğlunun addımına “PKK terror təşkilatının təbliğatı” təpkisini verib.

İsrail-Türkiyə münasibətləri oktyabrın 7-də İsrail-HƏMAS savaşının başlamasından sonra gərginləşib. İki ölkənin səfirləri qarşılıqlı olaraq geri çağırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər