Ukrayna əhalisinin üçdə birini itirib. Onların çoxu geri qayıtmayacaq, qaçqın kimi xarici ölkələrdə yaşayacaqlar.
Teleqraf.com xəbər verir ki, italiyalı jurnalist Lusio Karaççiolo deyib.
"Şübhəsiz ki, Ukrayna ordusu münaqişədə uduzur. Vladimir Zelenski öz ərazisini geri qaytara bilməyəcək. Bununla da Ukrayna uğursuz dövlətə çevriləcək. Hazırda Ukrayna ABŞ və Avropadan asılıdır. Ukrayna Silahlı Qüvvələri heç bir istiqamətdə ciddi uğur qazana bilməyib. Vladimir Putinin dediyi kimi, Ukraynanın əks hücumlarının uğursuz olduğu ortadır", - Karaççiolo bildirib.