15 Dekabr 2023 22:58
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti yerli olmayan və qədim tikililərə zərər vuran dələləri məhv etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, Yaponiyanın taxta məbədləri ilə diqqət çəkən Kamakura bölgəsindəki dələ problemini həll etmək üçün rəhbərliyin təxminən 50 min dollar xərcləmək istədiyi açıqlanıb.

Aidiyyəti qurumlar sakinlərə qəfəslər verməyi, turistlərə dələlərə yem verməmələri barədə xəbərdarlıq edən plakatlar asmağı və bu heyvanları zərərsizləşdirəcək insanları işə götürməyi planlaşdırır.

Ekoloqlar Yaponiyanın biomüxtəlifliyinə təhlükə yaratdıqları üçün bəzi zərərverici heyvan növlərinin öldürülməsi təşəbbüsünü dəstəkləyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər