Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasında Qəzza zolağı ilə bağlı qətnamə layihəsi üzərində məsləhətləşmələr aparır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinq zamanı deyib.
“Biz qətnamə ilə bağlı həll edilməmiş məsələlərin nizamlanması üçün Təhlükəsizlik Şurasındakı həmkarlarımızla konstruktiv məsləhətləşmələr aparırıq”, - Miller deyib.
Dekabrın 17-də “Reuters” Misirin təhlükəsizlik güclərindəki mənbələrə istinadən xəbər verib ki, İsrail və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs rejimini müzakirə etməyə hazırdır.