ABŞ və Venesuela 36 məhbusun azad edilməsi ilə bağlı razılığa gəlib.
Teleqraf.com xəbər verir ki, Birləşmiş Ştatlar amerikalı məhbusların azad edilməsi qarşılığında Venesuela Prezidenti Nikolas Maduronun yaxın dostu kolumbiyalı iş adamı Aleks Saabı sərbəst buraxacaq.
Saab ABŞ vasitəsilə Venesueladan xarici ölkələrə 350 milyon dollar məbləğində vəsait köçürməkdə və Venesuela hakimiyyətinə rüşvət verməkdə ittiham olunurdu.
"Associated Press"in məlumatına görə, ABŞ Maduronun müttəfiqini artıq azad edib.