İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Cəbəliyyə qaçqın düşərgəsində keçirdiyi əməliyyat zamanı Fələstinin radikal HƏMAS hərəkatının 100-dən çox silahlısını öldürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Piter Lerner məlumat verib.
Onun sözlərinə görə, HƏMAS-ın Cəbəliyyə düşərgəsindəki yeraltı infrastrukturu da aşkar edilərək məhv edilib:
“Əməliyyat 100-dən çox terrorçunun məhv edildiyi gərgin döyüşlərdən ibarət idi. Bundan əlavə, yüzlərlə silah aşkar edilərək götürülüb və məhv edilib”.